Logo

Qeyri-zorakı ünsiyyətdə diqqət yetirə biləcəyimiz məqamlar:

01 Subyektiv fikirləri obyektiv faktlardan ayırmaq

Təsəvvür edək ki, bir dostumuzla görüşə gedirik, o isə görüşə gecikir. Biz dostumuza müraciətlə, “Sən məsuliyyətsizsən” və ya “Sən eqoistsən” deyirik. Nəticədə biz onu bir xüsusiyyətlə eyniləşdiririk və bu qiymətləndirməmiz mütləq həqiqət kimi səslənir. Bu qiymətləndirməyə görə məsuliyyəti isə öz üzərimizə götürmürük. Lakin biz müşahidəyə əsaslanaraq ifadə etsək, dostumuza “Siz görüşün razılaşdırılmış vaxtından yarım saat gec gəldiniz. Mən bu vaxtı sizi gözləməklə keçirdim” deyə bilərik.

“Sən məsuliyyətsizsən”
və ya “Sən eqoistsən” (subyektiv qiymətləndirmə)
“Siz görüşün razılaşdırılmış vaxtından yarım saat gec gəldiniz.
Mən bu vaxtı sizi gözləməklə keçirdim” (müşahidəyə əsaslanan obyektiv fakt)