Logo

Qeyri-zorakı ünsiyyətin ilk komponenti müşahidədir. Bu mərhələdə biz üzləşdiyimiz vəziyyətləri diqqətlə nəzərdən keçirə, faktları hər hansı mühakimə və qiymətləndirmədən ayırmağa çalışa bilərik. Gördüklərimizi, eşitdiklərimizi və baş verənləri şərh və mühakimə əlavə etmədən təsvir etmək bizə kömək edə bilər.

Bunu etdikdə, qarşı tərəfin sözlərimizi qınaq və ya ittiham kimi qəbul etmə ehtimalı azalır və o, demək istədiklərimizi dinləməyə daha açıq olur.

Bu o demək deyil ki, biz ümumiyyətlə qiymətləndirmə aparmamalı və ya tam obyektiv olmağa məcburuq. Qeyri-zorakı ünsiyyət sadəcə faktlarla qiymətləndirməni bir-birindən ayırmağa səsləyir. Əgər qiymətləndirmə ediriksə, onların müşahidələrə əsaslanması və bu ikisinin aydın şəkildə bir-birindən ayrılması faydalıdır.