Müqayisə mühakimənin daha fərqli təzahür edən bir formasıdır. Özümüzü, nailiyyətlərimizi, həyat tərzimizi və ya başqalarını davamlı olaraq müqayisə etmək sevincə və empatiyanın qatilidir. "Bax, sənin yaşındakılar artıq xaricdə oxuyur, sən isə hələ də nə edəcəyini bilmirsən" (başqasına yönələn müqayisə) və ya "Mən niyə onun qədər uğurlu ola bilmirəm?" (özünə yönələn müqayisə). Müqayisə daxildə rəqabət, qısqanclıq və yetərsizlik hissi yaradaraq insanla aramızdakı şəfqət bağını kəsir.
"Sənin yaşındakılar artıq xaricdə oxuyur, sən isə hələ də nə edəcəyini bilmirsən"
başqasına yönələn müqayisə"Mən niyə onun qədər uğurlu ola bilmirəm?"
özünə yönələn müqayisəFikirlərimiz, hisslərimiz və hərəkətlərimiz üçün fərdi məsuliyyət daşımaq əvəzinə, onları kənar amillərlə əsaslandırmaq bizim azadlığımızı əlimizdən alır. Dildə istifadə etdiyimiz bu cür ifadələr çox vaxt bizi vəziyyətin qurbanına çevirir:
"Bunu etməyə məcbur idim"
Mücərrəd qüvvələr"Rəhbərlik belə istədi, ona görə bu layihədən imtina etdim/ Universitetin qaydası belədir deyə bu fənni götürdüm"
Səlahiyyət / qaydalar