Bizi qəzəbləndirən, hiddətləndirən bir situasiya ilə qarşılaşdıqda dörd fərqli yolla reaksiya verə bilərik. Təsəvvür edək ki, qrup yoldaşınız sizə vacib bir tapşırıqda kömək edəcəyinə söz verib, ancaq son anda heç bir xəbərdarlıq etmədən yoxa çıxıb.
a) Özünü günahlandırmaq - Bu yol daxili utanc, özünəinam əskikliyi və depressiya yaradır.
Dostunuz sizə vacib bir tapşırıqda kömək edəcəyinə söz verib, ancaq son anda heç bir xəbərdarlıq etmədən yoxa çıxıb.
"Mən günahkaram. Gərək ona güvənməyəydim.
Mən insanları yaxşı tanıya bilmirəm"
b) Başqasını günahlandırmaq (Mühakimə) - Bu yol xarici aqressiya, münaqişə yaradır və qarşı tərəflə münasibətlərin kəsilməsinə gətirib çıxara bilər. Biz qəzəbimizi qarşı tərəfə yönləndiririk, amma öz ehtiyacımız hələ də qarşılanmamış qalır.
Dostunuz sizə vacib bir tapşırıqda kömək edəcəyinə söz verib, ancaq son anda heç bir xəbərdarlıq etmədən yoxa çıxıb.
"O çox məsuliyyətsiz və eqoist adamdır!
Onu bir daha heç bir işə qatmayacağam!"