06 Empatiya
02 Soruşulmayan tövsiyələrin və məsləhətlərin verilməsi (Empatiyanın düşmənləri)

Kimsə öz ağrısını və ya problemini bizimlə paylaşdıqda, biz çox vaxt onu dinləmək əvəzinə problemi «düzəltməyə» çalışırıq. Məsləhət vermək, təsəlli etmək və ya öz təcrübəmizdən danışmaq istəyirik. Lakin bu reaksiyalar qarşı tərəfin özünü eşidilməmiş və başa düşülməmiş hiss etməsinə səbəb ola bilər.

«Məncə, sən onunla açıq danış»
«İşdən çıxmaq barədə düşünməlisən»

Məsləhət vermək

«Bu ki heç nədir, keçən həftə mənim
başıma gör nələr gəlib...»

Özündən nümunə gətirmək

«Boş ver, hər şey yaxşı olacaq»
«Buna görə də pis olarlar? Dəyməz»

Təsəlli vermək / Duyğuları kiçiltmək

«Bax, bu sənə dərs olsun, gələn dəfə
insanlara bu qədər güvənmə»

Tərbiyə etmək / Dərs vermək

Bu reaksiyaların hər biri diqqəti danışan adamın hazırkı hiss və ehtiyaclarından uzaqlaşdırır. İnsanlar çox vaxt ekspert məsləhətinə yox, sadəcə eşidilməyə, görülməyə və başa düşüldüklərini göstərən birinə ehtiyac duyurlar.