05 istək
02 Dəqiq və konkret istəklər ifadə etmək

Biz ünsiyyət zamanı qarşı tərəfə “İşində daha məsuliyyətli olmağını xahiş edirəm" dedikdə istəyimiz çox mücərrəd səslənir, və bu, qarşı tərəf üçün bizim istəyimizi icra etmək üçün çox çətin edir. Çünki məsuliyyət çox geniş anlayışdır və bizim onlardan nə etmələrini istədiyimizi başa düşməmiş ola bilərlər. Biz öz istəklərimizi daha konkret formada ifadə edə bilərik. "Zəhmət olmasa, hesabatları hər həftənin cümə günü saat 17:00-a qədər mənə göndər” deməklə biz daha konkret formada öz istəyimizi ifadə etmiş oluruq.

“İşində daha məsuliyyətli olmağını xahiş edirəm” (mücərrəd istək)
“Zəhmət olmasa, hesabatları hər həftənin cümə günü saat 17:00-a qədər mənə göndər” (konkret istək)
03 “Yox/Xeyr” eşitməyə açıq
olduğunuzdan əmin olun

Əgər qarşı tərəf istəyimizə “yox” deyəcəyi təqdirdə cəzalandırılacağını və ya günahlandırılacağını hiss edərsə, bu istəyimiz artıq xahiş yox, tələbə çevrilir. Belə vəziyyətdə insan adətən iki yoldan birini seçir, ya məcburi şəkildə tabe olur, ya da müqavimət göstərir. Hər iki halda istəyimiz “zorakılıq” kimi qəbul edilə və qarşı tərəfin bizimlə empatiya qurmaq ehtimalı azala bilər. Təsəvvür edək ki, ev yoldaşımızdan qabları yumağı xahiş edirik, lakin o bu istəyimizə “yox, yuya bilmərəm” cavabını verir. Biz isə onun bu yanaşmasına “Sən həmişə beləsən, heç vaxt mənə kömək etmirsən!” deyə cavab veririk. Bu halda bizin istəyiniz tələbə çevrilmiş olur. Lakin biz qeyri-zorakı ünsiyyətə əsaslanmaqla, onların hansı ehtiyacları qarşılamağa çalışdıqlarını anlamağa cəhd edib, hər iki tərəfin ehtiyaclarını qarşılayan alternativ həll yolları axtarmaq olar və istəyimizi “Yorğunsan deyə belədir? Onda bəlkə sabah qabları sən yuyasan?” deyə ifadə edə bilərik.