Əgər biz başqalarına tabe olmağı deyil, azad seçim etmələrini istədiyimizi göstərsək, onları tələb yox, xahiş etdiyimizə inandıra bilərik. Bunun isə ən doğru yolu mənfi cavab alsaq da, empatiya qurmaqdır. Beləliklə, biz tələb yox, xahiş etdiyimizi göstərmiş oluruq.
Əgər məqsədimiz insanları və onların davranışlarını yönləndirmək, onları manipulyasiya etməkdirsə, hətta bütün dörd addım izlənilsə belə, qeyri-zorakı ünsiyyət uyğun seçim deyil. Bu ünsiyyət forması insanların şəxsi iradələri ilə razılaşdığı, qarşılıqlı anlayış və dürüstlük üzərində qurulmuş bir əlaqə vasitəsidir.
Bunu fərqləndirmək bəzən çətin ola bilər çünki niyyət çox vaxt açıqlanmır. Gəlin nümunəyə baxaq
Bu cür manipulasiyaları əsasən kontekstdən və situasiyadan asılı olaraq müəyyən etmək olar.