03 Hisslər
02 Emosiyalarımızı aydın şəkildə ifadə etməyə mane olan
sözlərdən yayınmaq

Bu cür ifadələr (sanki, kimi və s.) daxili vəziyyətimizi təsvir etmək əvəzinə, hadisəyə və ya vəziyyətə yüklədiyimiz subyektiv etiketi əks etdirir. Bir kimsənin “Özümü bu evdə xidmətçi kimi hiss edirəm” və ya “Özümü elə hiss edirəm ki, sanki tələyə düşmüşəm” deməsi əslində hisslər deyil, şəxsi mənalandırmanın təzahürüdür. “Xidmətçi” və ya “tələyə düşmək” bir hiss deyil, vəziyyətin necə qavranılmasına dair bir yozumdur. Qeyri-zorakı ünsiyyətə əsasən, bu metaforaların arxasında gizlənən “Ruhdan düşmüş”, “Ümidsizlik” və ya “Çarəsizlik” kimi hissləri üzə çıxarmaq ünsiyyəti daha şəffaf edir.

Eyni zamanda, əvəzliklərin və ya konkret şəxs adlarının “Mən hiss edirəm ki, bu mənasızdır” və ya “Mən hiss edirəm ki, o, kifayət qədər məsuliyyətlidir” şəklində istifadə olunması da hisslərin deyil, qiymətləndirmələrin təzahürüdür. Bu cür ifadələri birbaşa “Mən məyusam” və ya “Mən narahatam” kimi hissləri ifadə edən formada istifadə edə bilərik.

“Özümü bu evdə xidmətçi
kimi hiss edirəm”

“Özümü elə hiss edirəm ki, sanki
tələyə düşmüşəm”

(hiss yox, subyektiv yozum)
“Özümü ümidsiz hiss edirəm”
“Özümü çarəsiz hiss edirəm” (hiss)