03 Hisslər
01 Qiymətləndirici məna daşıyan fellərdən istifadə etməmək

Belə ki, "Hiss edirəm ki, bu razılaşma ədalətsiz idi" dedikdə, biz əslində hissimizi deyil, düşüncəmizi ifadə edirik. Halbuki bu cümləni “Razılaşmanı görəndə özümü əsəbi və qəzəbli hiss etdim” forması ilə əvəz etmək mümkündür. Qeyri-zorakı ünsiyyətdə əsl hiss "ədalətsiz razılaşma" düşüncəsinin bizdə yaratdığı kədər, qorxu və ya hiddət kimi real emosional vəziyyətlərdir.

"Hiss edirəm ki,
bu razılaşma ədalətsiz idi" (hiss yox, subyektiv düşüncə)
“Razılaşmanı görəndə
özümü əsəbi və qəzəbli hiss etdim” (hiss)