Logo
03 Tək variantlı qəti nəticələr çıxarmaqdan qaçınmaq

Biz çox vaxt qarşı tərəfin hərəkətinin səbəbini bildiyimizi zənn edərək, subyektiv şərhlərimizi mütləq həqiqət kimi təqdim edirik. Təsəvvür edək ki, bizə yaxın bir insan mesajlarımıza cavab yazmır. Biz isə baş verənlərin səbəbi barədə öz şərhlərimizə istinad edərək "Mənim mesajıma cavab yazmamaqla məni cəzalandırırsan" deyirik. Bunun əvəzinə biz müşahidələrimizə əsaslanaraq fikirlərimizi “Gördüyüm qədəriylə, dünən mesajımı oxumusan. İndiyə qədər səndən cavab almamışam” deyə ifadə edə bilərik. Çünki "cəzalandırmaq" feli qarşı tərəfə mənfi niyyət yükləyir, fakt isə sadəcə cavabın yazılmamasıdır.

"Mənim mesajıma cavab yazmamaqla məni cəzalandırırsan" (subyektiv qiymətləndirmə)
“Gördüyüm qədəriylə, dünən mesajımı oxumusan. İndiyə qədər səndən cavab almamışam” (müşahidəyə əsaslanan obyektiv fakt)
04 Ehtimal olunan nəticələrin qəti bir hökm kimi ifadə etməmək

Təsəvvür edək ki, bir dostumuz öz davranışları ilə bizdə və digər insanlarda narahatlıq yaradır. Biz ona müraciətlə “Sən belə davam etsən, hamı səndən üz döndərəcək” demək əvəzinə, “Son günlər bir neçə dəfə sənin səsinin otaqdakı digər insanlardan daha yüksək olduğunu müşahidə etmişəm. İki nəfər mənə səninlə ünsiyyət qurmağın onlar üçün xoş olmadığını deyib.” deyə bilərik. Beləliklə, biz gələcəyi “proqnozlaşdırmaq” yerinə, öz narahatlığımızı və ehtimalları bölüşmüş oluruq.

“Sən belə davam etsən, hamı səndən üz döndərəcək” (subyektiv qiymətləndirmə)
“Son günlər bir neçə dəfə sənin səsinin otaqdakı digər insanlardan daha yüksək olduğunu müşahidə etmişəm. İki nəfər mənə səninlə ünsiyyət qurmağın onlar üçün xoş olmadığını deyib” (müşahidəyə əsaslanan obyektiv fakt)