Logo
05 Xüsusi bir halı ümumiləşdirərək təqdim etməmək

Biz adətən “həmişə”, “heç vaxt”, ”daim” kimi sözlərdən istifadə edirik və bu öz növbəsində obyektiv müşahidəni subyektiv mühakiməyə çevirir. Təsəvvür edək ki, dostumuz danışıq əsnasında sözümüzü kəsir. Bizim ona müraciətlə “Sən həmişə sözümü kəsirsən” deməyimiz subyektiv mühakiməmizi göstərir. Əvəzində isə biz “Bu gün mən danışarkən sən iki dəfə cümləmi bitirməyə imkan vermədin” deməklə obyektiv müşahidəyə əsaslanan faktı səsləndirmiş oluruq. Ümumiləşdirmələr qarşı tərəfdə haqsızlığa uğrama hissi yaradır, çünki bu real faktı deyil, şişirdilmiş bir mənzərəni əks etdirir.

“Sən həmişə sözümü kəsirsən” (subyektiv qiymətləndirmə və ümumiləşdirmə)
“Bu gün mən danışarkən sən iki dəfə cümləmi bitirməyə imkan vermədin” (müşahidəyə əsaslanan obyektiv fakt)
06 İnsanın bacarıq və qabiliyyətləri barədə danışarkən şəxsi rəyimizi obyektiv fakt kimi təqdim etməmək

Biz bir rəssam haqqında “O, pis rəssamdır” dedikdə subyektiv qiymətləndirməmizi obyektiv müşahidə ilə eyniləşdirmiş oluruq. Halbuki bu fikri “Onun son beş rəsminin heç biri indiyədək satılmayıb” və ya “Onun rəsmləri məni ilhamlandırmır” kimi konkret faktlara və ya şəxsi təəssürata istinad edərək ifadə etdikdə, qiymətləndirmə ilə müşahidə arasındakı sərhədi qorumuş oluruq.

“O, pis rəssamdır” (subyektiv qiymətləndirmə)
“Onun son beş rəsminin heç biri indiyədək satılmayıb”
“Onun rəsmləri məni ilhamlandırmır” (müşahidəyə əsaslanan obyektiv fakt və ya şəxsi təəssürat)