011 Tapşırıqlar
01 İş yoldaşın sənə deyir: “Bu təqdimatın çox yaxşı oldu, sən bu işdə çox yaxşısan”

Sual: Qeyri-zorakı ünsiyyət metoduna əsaslanaraq necə cavab verə bilərsən?

  1. “Hə, mən həmişə belə yaxşı oluram, sən niyə gecikirsən?”
  2. “Təşəkkür edirəm, mən bu təqdimatı hazırlayanda çox çalışdım. Nəticəni qiymətləndirdiyiniz üçün şadam.”
  3. “Bu yaxşı deyildi, sən sadəcə yaxşı demək istəyirsən.”
  4. “Hə, amma mən həmişə daha yaxşısını edə bilərdim.”
  5. “Demək istəyursən ki, prezentasiyanı izləməkdən zövq aldın, və bu, sənin aydınlığa olan ehtiyacını qarşıladı? Bunu eşitməyə çox şadam!”
02 Dostun səni son dəqiqə kofeyə çağırır, amma sən artıq başqa plan qurmusan.

Sual: Qeyri-zorakı ünsiyyət metoduna əsasən necə cavab verə bilərsən?

  1. “Mən buna vaxtım yoxdur, sən həmişə mənim vaxtımı alırsan.”
  2. “Mən bu saatlarda başqa qayğısına qalmaq istədiyim işlərim var, amma, bəlkə, sabah kofe içməyə birlikdə gedə bilərik?”
  3. “Sən mənim planımı pozdun, bunu etmə!”
  4. "Xeyr, mən getməyəcəm."