İlk baxışdan kimsə tərrifləmək ("Sən çox ağıllısan", "Bu ofisin ən yaxşı işçisi sənsən", "Çox gözəl yazmısan") son dərəcə müsbət və zərərsiz görünə bilər. Lakin bu özü də mühakimənin bir növüdür. Çünki biz kimsə tərrifleyəndə əslində ona yuxarıdan aşağı yanaşır, bir qiymət vermək çalışırıq. Tərif çox vaxt insanları manipulyasiya etmək və onlardan istədiyimiz bir davranışın təkrarlanmasını təmin etmək üçün istifadə olunan mükafat mexanizmidir.
Qeyri-zorakı ünsiyyətə görə biz insanları mühakiməedici tərriflərlə qiymətləndirmək əvəzinə, onlara səmimi minnətdarlıq (təqdir) bildirməliyik. Minnətdarlığı düzgün ifadə etməyin 3 konkret addımı var:
"Sən komandanın ən möhtəşəm adamısan! Sənsiz biz
heç nəyik"
(mühakiməedici tərif)
"Dünənki təqdimаt zamanı yaranan texniki problemdə mənə kömək etdiyin üçün (müşahidə) özümü çox rahatlamış və təhlükəsiz hiss etdim (hiss). Çünki o an ciddi şəkildə dəstəyə və həmrəyliyə ehtiyacım var idi (ehtiyac).
Buna görə çox sağ ol"
(minnətdarlıq)
Bu formada bildirilən təqdir qarşı tərəfdə təkəbbür deyil, səmimi bir əlaqə yaradır.
İstər mənfi (tənqid, ittiham), istərsə də müsbət (tərif, mükafat) formada olsun, insanları mühakimə etmək bizi real ünsiyyətdən uzaqlaşdırır. Biz insanları qəliblərə yerləşdirdikcə, onları bir obyekt kimi görməyə başlayırıq.
Qeyri-zorakı ünsiyyət bizi cəmiyyətin öyrətdiyi "haqlı/haqsız", "cəza/mükafat" qəliblərindən xilas edən, münasibətləri mühakimə yox, şəfqət, insanın öz ehtiyaclarını fərqindəlik və anlama üzərindən qurmağı hədəfləyən bir həyat fəlsəfəsidir. Bu dili öyrənmək günün işi deyil, daimi ağıllıq və mütəmadi məşq tələb edən davamlı bir prosesdir.