06 Empatiya
04 Zorakılığın qarşısını almaqda empatiyanın rolu

Münaqişələrin şiddətlənməsi çox vaxt tərəflərin bir-birini eşitməməsindən qaynaqlanır. İnsanlar öz ehtiyaclarının təhdid altında olduğunu hiss etdikdə özlərini daha çox müdafiə etməyə çalışırlar. Empatiya bu zənciri qıran ən güclü alətdir. Qarşı tərəf səsini yüksəltsə belə, onun aqressiyasının arxasındakı fəryadı – qarşılanmamış ehtiyacını eşitdikdə, münaqişə dərhal səngiyir. Çünki ehtiyacı anlaşılan insan döyüşmək üçün tətiklənmir.

05 "Yox" cavabını eşitməyə hazır olmaq və empatiya qurmaq

Biz kimdənsə nəsə xahiş etdikdə və "yox" cavabı aldıqda, daxilimizdəki səs bunu çox vaxt şəxsiyyətimizə yönəlmiş bir rədd, laqeydlik və ya sevgi əskikliyi kimi tərcümə edir. Qeyri-zorakı ünsiyyətə görə hər bir "yox" cavabı, əslində başqa bir ehtiyaca deyilən "hə"-dir. Təsəvvür edək ki, dostumuzu həftəsonu görüş təklifimizə cavab olaraq "Yox, gələ bilməyəcəyəm" deyir. Biz bunu "Mənimlə vaxt keçirmək istəmir" kimi mühakimə etmək əvəzinə, empatiya ilə yanaşa bilərik: "Görəsən onun hansı ehtiyacı var ki, mənə yox deyir? Bəlkə bütün həftə işlədikdən sonra dincəlməyə və tək qalmağa ehtiyacı var?". Yəni, "Yox" cavabının arxasındakı ehtiyacı görmək bizi inciklikdən xilas edir.