04 Ehtiyaclar

Ehtiyaclar lüğəti

Başqaları üçün dəyərli olmaq, Kömək, Dəstək, İştirak, Töhfə, Əməkdaşlıq, Qayğı, Həvəsləndirmə, Qiymətləndirmə, Tanınma, Eşitmək və eşidilmək, Görmək və görülmək, Anlayış, Nəzərə alma, Hörmət, Etibar, Ləyaqət, Mövcudluq.
Qəbul etmə, Bərabərlik, Empatiya, Aidiyyət, Bağlantı, Dostluq, Yoldaşlıq, Həmrəylik, Toxunuş, Yaxınlıq, İcma, Sevgi, Ortaq reallıq, Dürüstlük, Həqiqilik, Bütövlük, Aydınlıq, Avtonomiya, Azadlıq, Hərəkət, Dəyişiklik, İnkişaf, Xəyallar, Fantaziya, Yaradıcılıq, Öyrənmə, Çağırış (müəyyən çətinlik), Məşq / Təcrübə, Özünü ifadə etmə, Rahatlıq, Uyğunluq, Nizam, Mənəviyyat, Məna (həyatda və etdiklərimdə), Qüssə / Yas, Hava, Su, Qida, İşıq, Hərəkət, Dincəlmək, Yuxu, Qorunma, Sığınacaq, Məkan, Resurslarıma qayğı, İstilik, Uğurun qeyd olunması, Əyləncə, Oyun, Harmoniya, Gözəllik, Ümid, İlham, Yüngüllük, Sülh, Sakitlik, Təhlükəsizlik, Özünə hörmət / Özünə dəyərvermə

Öz ehtiyaclarımızı müəyyən etməyi öyrəndikdən sonra ətrafdakıların hisslərinə, reaksiyalarına görə məsuliyyət daşımamağa diqqət yetirə bilərik. Bizim hər kəsi xoşbəxt etmək kimi bir öhdəliyimiz yoxdur. Bu bizi daimi və ağır bir yük altında saxlayan tükəndirici yanaşmadır. Əlbəttə, biz başqaları ilə empatiya qura və buna uyğun davrana bilərik. Lakin öz hisslərimizin məsuliyyətini götürsək də, başqalarının emosional vəziyyətinə görə cavabdeh olmadığımızı başa düşməliyik. Beləliklə, hissələrimizin altında yatan ehtiyaclarımızı müəyyənləşdirdikdən sonra, bunları ifadə edib sonda istəyimizi formalaşdırırıq.