Logo

Qeyri-zorakı ünsiyyəti təcrübə edərkən biz başqalarının da müşahidəsi, hissləri, ehtiyacları və istəyini qəbul etməyə hazır oluruq.

Qeyri-zorakı ünsiyyət istənilən vəziyyətdə nələrin baş verdiyini obyektiv şəkildə qiymətləndirməyimizə, gərginliyi, aqressiyanı və ya günahlandırmanı effektiv şəkildə ziflətməyə kömək edir.

Qeyri-zorakı ünsiyyət istər ən yaxınlarımızla, istərsə də gündəlik həyatda qarşılaşdığımız yad insanlarla münasibətdə hər kəs üçün anlaşıqlı və effektiv dil təklif edir.

Qeyri-zorakı ünsiyyət fikirlərimizi və hisslərimizi dərk etməyə, həmçinin başqalarını eşitməyə kömək edir.

Qeyri-zorakı ünsiyyət hərkəs üçün faydalı, ən müxtəlif situasiyalarda və ünsiyyət növlərində tətbiq oluna bilən metodikadır. Bu metod ünsiyyətdə olduğumuz insanların da bu barədə məlumatlı olmasını şərtləndirmir.

Qeyri-zorakı ünsiyyətin prinsiplərinə əməl etmək qarşı tərəfə motivimizin empatiya olduğunu göstərə və onun da oxşar formada qarşılıq verməsinə səbəb ola bilər.